Flag of Azerbaijan

Xəbərlər

Dil: Azeri | English

Speeches Shim

02-04-2020

 

BAKI – Amerika Birləşmiş Ştatları ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə Azərbaycan hökumətinin koronavirusun yayılmasına qarşı apardığı səylərə dəstək məqsədilə 1,7 milyon ABŞ dolları miqdarında vəsait ayırıb.

USAID və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  Biznes və Peşəkar Assosiasiyalara Dəstək üçün Yeni Təşəbbüslə Çıxış Ediblər
18-02-2020

 

BAKI – Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı yeni təşəbbüsün başlanğıcını qeyd etmək üçün tərəfdaşlıq sammiti keçiriblər. Yüzdən çox özəl sektor, biznes assosiasiyaları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və Azərbaycan hökumət nümayəndələri sammitdə iştirak ediblər.

USAID missiya direktoru Cey Sinqx çıxış edir.
18-12-2019

 

BAKI – ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Açıq Hökumət Platforması terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasında vətəndaş cəmiyyəti təşkilatlarından sui-istifadənin qarşısının alınması sahəsində qabaqcıl beynəlxalq təcrübəni müzakirə etmək məqsədi ilə beynəlxalq seminar keçirib.

Missiya direktoru təmir olunmuş uşaq bağçasının uşaqlarına hədiyyələr təqdim edir.
28-10-2019

 

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı Missiya Direktoru Caydev Sinqx Xudat və Qusar sakinləri ilə birgə USAID-in maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində icra edilmiş iki icma layihələrinin açılışında iştirak edib. 

Xudatın Fidanlar icmasında sakinlər hökumət nümayəndələri ilə əməkdaşlıq edərək yerli uşaq bağçasını tam təmir ediblər. Təmir edilmiş uşaq bağçası icmanın 55 uşağını isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edəcək. 

Pages