Press Release Shim
Speeches Shim
For Immediate Release
Vaşinqton – ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Administratorunun müavini Bonni Qlik, ABŞ Dövlət Departamentinin katibinin müavini Stiven Biequn və ABŞ Prezidentinin müşaviri İvanka Tramp birgə bəyanatla çıxış edərək bildirmişdilər ki, Prezident Tramp tərəfindən 2019-cu ilin fevralında təsis edilən və Ağ Ev-in rəhbərliyi ilə həyata keçirilən “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Təşəbbüsü (W-GDP) çərçivəsində yeni fəaliyyətlər və tərəfdaşlıqlar üçün 122 milyon ABŞ dolları ayrılmışdır.
W-GDP fondundan ayrılmış 2 milyon ABŞ dolları dəyərində vəsait Azərbaycanda fəaliyyət göstərən USAID təşkilatına qadınlar tərəfindən idarə olunan və qadınlara yönəlmiş biznes və peşəkar assosiasiyaların imkanlarının artırılmasına yardım edəcək. Sözügedən platformalar biznes sahəsində çalışan qadınlara öz sözlərini deməyə habelə onlara təlim, resurslar və bazarlara kollektiv çıxış əldə etməyə yardım edəcək. W-GDP fondu sahibkar qadınlara bazarlara, maliyyə mənbələrinə və şəbəkələrə, təlim və digər resursları əldə etməyə imkan yaradır. Qadınlar əldə etdikləri bu bacarıqlar sayəsində yeni biznesə başlamaq və onun inkişafı ilə bağlı çətinlikləri aradan qaldırılmaq imkanını əldə edəcək.
Prezidentin müşaviri İvanka Tramp: “W-GDP fondu qadınların iqtisadi zənginliyinin artmasına xidmət edən proqramların maliyyələşdirilməsi və inkişafı üçün yaradılmışdır. Biz ABŞ hökumətinin və özəl sektorun resurs və təcrübəsindən istifadə edərək fəaliyyətlərin həyata keçirildiyi icmalarda davamlı və dərin səmərə verməsini təmin edirik“ deyərək qeyd etmişdir.
Bu il Azərbaycan dünyanın 60- dan çox dövlətinə qatılaraq W-GDP təşəbbüsünün irəliləməsinə təkan vermişdir. W-GDP təşəbbüsü qadınlara, həm iqtisadiyyatda iştirak, həm də rifahın və milli təhlükəsizliyin irəliləməsi sahəsində imkanları artırır. İqtisadi baxımdan zəngin imkanlara malik qadınlar öz ailə və icmalarına yenidən sərmayələr yatıraraq, qlobal sülh və sabitliyə təkan verən iqtisadi artıma töhfə verirlər.
W-GDP Təşəbbüsü barədə məlumat
2019-cu ilin fevralında Ağ Ev qadınların iqtisadı imkanlarını gücləndirməsinə xidmət edən və Birləşmiş Ştaların hökumətinin ilk qurumlararası həyata keçirilən ilk layihəsini, Qadınların Qlobal İnkişafı və Rifahı Naminə (W-GDP) Təşəbbüsünü təsis etmişdir. Qadınların iş yerlərində inkişafı, sahibkar qadınların rifahının artması və qadınların iqtisadiyyatda rolunun güclənməsi kimi üç əsas istiqamətə yönəlmiş W-GDP Təşəbbüsünün məqsədi 2025-ci ilə kimi inkişaf edən dövlətlərdə yaşayan 50 milyon qadını əhatə etməkdən ibarətdir. W-GDP təşəbbüsü yeni innovasiya fonduna təkan verərək sözügedən üç istiqamətə yönəlmiş özəl-ictimai tərəfdaşlığı inkişaf etdirir. Keçirildiyi ilk ildə W-GDP Təşəbbüsü dünyanın müxtəlif dövlətlərində yaşayan 12 milyon qadını əhatə etmişdir.
Related Press Releases
- USAID 3,500 ehtiyacı olan ailəyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq və gigiyena məhsullarının çatdırılmasını dəstəkləyir
- ABŞ Azərbaycanda COVID-19 pandemiyasının iqtisadi təsirlərinə cavab vermək üçün əlavə 1,47 milyon dollar səfərbər etmişdir
- Səfir Li Litzenberqer 600 Ailəyə Çatdırılması Nəzərdə Tutulan Gigiyena Əşyalarının Paylanmasından Öncə Qızıl Aypara Cəmiyyətinin Anbarına Baş Çəkib
Comment
Make a general inquiry or suggest an improvement.