USAID və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Biznes və Peşəkar Assosiasiyalara Dəstək üçün Yeni Təşəbbüslə Çıxış Ediblər

Press Release Shim

Speeches Shim

USAID və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  Biznes və Peşəkar Assosiasiyalara Dəstək üçün Yeni Təşəbbüslə Çıxış Ediblər
160-dan çox özəl sektor, biznes assosiasiyaları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və Azərbaycan hökumət nümayəndələri sammitdə iştirak ediblər.
USAID

For Immediate Release

Çərşənbə axşamı, 18 February, 2020
USAID/Azerbaijan
(+99412) 498-18-35

 

BAKI – Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı yeni təşəbbüsün başlanğıcını qeyd etmək üçün tərəfdaşlıq sammiti keçiriblər. Yüzdən çox özəl sektor, biznes assosiasiyaları, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və Azərbaycan hökumət nümayəndələri sammitdə iştirak ediblər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, USAID-in Azərbaycandakı missiya direktoru Cey Sinqx və Azərbaycanda Amerika Ticarət Palatasının sədri Nuran Kərimov tədbirin açılışında çıxış ediblər. Sammitdə Azərbaycan, Türkiyə, Özbəkistan və ABŞ-dan olan yerli və beynəlxalq mütəxəssislər dünyada biznes və peşəkar assosiasiyaların modelləri və onların əhəmiyyəti barədə çıxış ediblər. Həmçinin USAID-in mütəxəssisləri Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı təşəbbüs çərçivəsində USAID-lə çalışmaqda maraqlı olan yerli tərəfdaşlar üçün növbəti addımlar və prosedurlar barədə danışıblar. 

“Tərəfdaşlıq sammiti əməkdaşlıq mühitində bir neçə ay davam edəcək və sıx əməkdaşlıq tələb edən bir prosesin başlanğıcıdır. Bu zaman ərzində USAID müxtəlif qruplar və ya çoxtərəfli konsorsiumların təqdim etdiyi layihə ideyalarını dəyərləndirəcək və onların maliyyələşdirilməsi barədə qərar verəcək.” deyərək USAID-in missiya direktoru Cey Sinqx qeyd edib. “Bu layihə ilə bağlı ümidimiz çoxdur, çünki assosiasiyalar USAID-in göstərdiyi texniki yardımı daha çox kiçik və orta bizneslərə çatdıra bilər ki, bu da təsiri genişləndicərək.” 

KOBİA-nin sədri Orxan Məmmədov qeyd edib ki, “Son vaxtlar müxtəlif sahələrdə təmsil olunan sahibkarların təşkilatlanması istiqamətində dövlət tərəfindən, o cümlədən Agentliyimiz tərəfindən təşviqat işləri aparılır, sahəvi assosiasiyaların və ictimai birliklərin yaradılmasına dəstək göstərilir. Məlumdur ki, bu prosesdə dövlətin məqsədi biznesin real vəziyyəti barədə düzgün informasiya almaq, özəl sektorun məqsədi isə dövlətin diqqətini öz problemlərinə cəlb etməklə müvafiq sahədə biznes mühitinin münbitləşdirilməsinə nail olmaqdır. Və biz cari layihənin bu baxımdan əhəmiyyətini qeyd edirik.”

USAID-in Biznes və Peşəkar Assosiasiyalara Dəstək adlı təşəbbüsü “Yerli İnkişaf” adlanan proqram çərçivəsində USAID-in Vaşinqtonda yerləşən Yerli Dayanıqlılıq Ofisi tərəfindən USAID-in Azərbaycandakı missiyasına ayrılan vəsait hesabına mümkün olmuşdur. Yerli İnkişaf yerli miqyasda inkişafı sürətləndirmək və USAID-in yerli iştirakçılara inkişaf yolunda qarşılarına çıxan çətinliklərin öhdəsindən gəlinməsində rəhbərlik etmək səlahiyyətinin verilməsi qabiliyyətini gücləndirmək üçün nəzərdə tutulmuş unikal proqramdır. Bu təşəbbüsün hissəsi olaraq USAID Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasəti və islahat gündəliyini dəstəkləmək məqsədilə biznes və peşəkar assosiasiyaların gücləndirilməsi istiqamətində bir neçə layihə tərtib etməyi və bu layihələri maliyyələşdirməyi planlaşdırır. USAID tərəfindən ayrılan vəsaitlər yerli QHT, assosiasiya və ya ictimai birliyə təqdim ediləcək və bu QHT, ittifaq və ya ictimai birliklər digər QHT-lər, ittifaqlar, ictimai birliklər və/və ya özəl şirkətlərlə konsorsium yaratmağa təşviq ediləcəkdir. Təşəbbüsün məqsədi dövlət, özəl sektor və vətəndaş cəmiyyətində ortaq sosial-iqtisadi məqsədlərə dair tərəfdaşlıqların qurulmasını təşviq etməkdir.