You are viewing:
Information released online before January, 2021.
Note: Content in this archive site is NOT UPDATED, and external links may not function. External links to other Internet sites should not be construed as an endorsement of the views contained therein.
You are entering the 2017-2020 Archive for the
United States Agency for International Development web site.
If you are looking for current information, visit www.usaid.gov.
BAKI – ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi (AgroCenter) hökumət və özəl sektorun aqrobiznes mütəxəssislərini Azərbaycanın kənd təsərrüfatına ciddi təhlükə ilə bağlı xəbərdarlıq etmək üçün tədbir keçirib. Qəhvəyi qalxanlı zərərli bağacıqlar 200-dən çox çeşiddə meyvə və tərəvəzlərdə qidalanan bir zərərverici böcəkdir. Şərqi Asiyaya məxsus bu böcək Cənubi Qafqaz regionunda yeni zərərvericidir və təkcə 2017-ci ildə Gürcüstanda 100 milyon dollardan çox dəyərdə meyvə və fındığı məhv edib.
Gündə 100 km-dən yuxarı məsafəyə və ya avtomobil və yük maşınlarında səyahət edə bildiyindən bu böcək uzun məsafələri asanlıqla qət etməklə Gürcüstan ərazisində sürətlə yayılmış və son zamanlar Şəmkirdə də aşkar edilmişdir. Zərərli bağacıq Azərbaycanda da Gürcüstanda olduğu kimi eyni sürətlə yayılarsa bu təhlükəni aradan qaldırmaq üçün dövlət və özəl sektorun təcili olaraq birgə işləmələrinə ehtiyac yaranacaqdır.
USAID 2017-ci ildə təhlükəni izləmək məqsədilə fəaliyyətə keçərək 2018-ci ildə monitorinq işlərinin genişləndirilməsini planlaşdırır. USAID, AgroCenter təşkilatı ilə birgə, Azərbaycanda bu zərərvericinin hücum edə biləcəyi bütün sahələri əhatələyən zərərli bağacığın izlənmə planını hazırlamışdır.
USAID və AgroCenter bu təhlükə barədə məlumatlılığın artırılmasını davam etdirəcək və Azərbaycan hökuməti ilə birgə bu zərərvericilərin Azərbaycanda iqtisadiyyat və kənd təsərrüfatı üçün həyati əhəmiyyət kəsb edən meyvə və fındıqlara hücum etməsinə qarşı fəaliyyət planının işlənib hazırlanması üçün hazırlıqlıdırlar.
Comment
Make a general inquiry or suggest an improvement.