ABŞ və Azərbaycan Hökuməti Saatlı Rayonunda Yol İnfrastrukturunu Yaxşılaşdırır

Press Release Shim

Speeches Shim

ABŞ və Azərbaycan Hökuməti Saatlı Rayonunda Yol İnfrastrukturunu Yaxşılaşdırır
Yenicə asfaltlanmış yollar iki kəndin 4,400 sakininin gediş-gəliş vaxtını və xərcini azaldacaq.
Vüqar Nağıyev/USAID

For Immediate Release

Çərşənbə, 12 Sentyabr, 2018
USAID/Azerbaijan
(+99412) 498-18-35

 

SAATLI – Bu gün Saatlı rayonunun Varxan və Əlisoltanlı kəndlərinin sakinləri həmin kəndləri Saatlı rayon mərkəzi ilə birləşdirən yeni asflatlanmış yol layihələrinin başa çatmasını qeyd ediblər. USAID-in missiya direktoru Caydev Sinqx, İqtisadiyyat nazirliyi, icra hakimiyyəti və bәlәdiyyә nümayәndәlәri açılış tədbirində iştirak ediblər. Yollar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycanın İqtisadiyyat nazirliyi arasında kəndlərdə infrastrukturun yaxşılaşdırılmasına yönəlik əməkdaşlıq çərçivəsində bərpə olunub. Yenicə asfaltlanmış yollar Saatlı rayon mərkəzinə gediş-gəliş vaxtını və xərcini xeyli azaldacaq, məktəbə davamiyyəti artıracaq, habelə fövqəladə hallarda cavab tədbirləri üçün imkanları yaxşılaşdıracaq.

Yol layihələri ABŞ və Azərbaycan hökumətləri və yerli icmalar arasında birgə səy olan, 146 icmada 123 müxtəlif layihə başa çatdıran USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqramı çərçivəsində həyata keçirilib. 210,000 nəfərin bəhrələnə bildiyi həmin layihələr sırasında texniki su ilə təminat, yem emalı məntəqələri, gənclər üçün idman meydançaları, süd emalı məntəqələri və kənd tibb məntəqələri olub. 

"SEDA iki ölkә arasında güclü tәrәfdaşlığın vә bizim xalqlar arasında möhkәm dostluğun tәzahürüdür", deyә missiya direktoru Sinqx qeyd edib. "Ümid edirik ki, bu yoldan istifadә edәrkәn onların ifadә etdiyi möhkәm dostluğu hiss edәcәksiz."

USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti adlı proqramı Şərq-Qərb İdarəetmə İnstitutu (East-West Management Institute) tərəfindən icra olunaraq rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşlar, vətəndaş cəmiyyəti təşkilatları, və hökumət arasında əməkdaşlığı təşviq edir.