Press Release Shim
Speeches Shim
For Immediate Release
XAÇMAZ – Bu gün Xaçmaz rayonunun Xaspoladoba, Arzu və Sərkərli kəndlərində bir yeni suvarma və iki su təminatı layihələrinin açılışı keçirilib. Layihələr nəticəsində yerli fermerlərin suvarma suyuna əlçatanlığı və bir neçə min sakinin texniki su təminatı yaxşılaçacaq. Həmin layihələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycanın hökuməti və yerli icmalar arasında əməkdaşlıq çərçivəsində inşa edilib.
Xaspoladoba kəndində qazılmış iki yeni artezian quyusu su çatışmazlığı səbəbindən məhsuldarlığı aşağı düşən ətrafdakı fındıq və meyvə bağlarının suvarma suyu ilə təminatını yaxşılaşdıracaq. Lazımı qədər suvarma suyu fındıq və meyvə ağaclarının məhsuldarlığını, habelə məhsulun ölçü və keyfiyyətini artıracaq. Daha yaxşı məhsuldarlıq yerli fermerlərin gəlirlərinin artmasına səbəb olacaq. Xaspoladoba kəndindəki layihə USAID-in Sosial-İqtisadi İnkişaf Layihəsi (SEDA) və Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi çərçivəsində həyata keçirilib.
Arzu və Sərkərli kəndlərində müvafiq olaraq 60 və 25 tonluq yeni su çənləri, habelə iki kənddə toplam 8 kilometrə yaxın yeni su boruları quraşdırılıb. Yeni su sistemləri 2400 sakini gündəlik istifadə üçün su ilə təmin edəcək. Həmin layihələr USAID-in SEDA adlı layihəsi çərçivəsində həyata keçirilib.
USAID, İqtisadiyyat nazirliyi, Xaçmaz rayon icra hakimiyyəti və bələdiyyə nümayəndələri tədbirlərə qatılıblar.
USAID-in Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihəsi Azərbaycan hökumətinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur və rayonlarda sosial-iqtisadi inkişafı artırmaq və həyat səviyyəsini yaxşılaşdırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə hökumət nümayəndələrinin əməkdaşlığını təşviq edir. USAID-in SEDA layihəsində iştirak edən icma sakinləri öz vaxt və vəsaitlərini xərcləyərək 146 icmada 240.000-ə yaxın insanın faydalana biləcəyi 131 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu icmaların bir çoxu yerli hakimiyyət, vətəndaş cəmiyyəti və donorlarla qurduqları münasibətlərdən faydalanaraq digər icma problemlərini həll etmək üçün yeni layihələr həyata keçirib.
USAID-in Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi kiçik və orta ölçülü kənd təsərrüfatı müəssisələrinə və fermerlərə müasir becərmə və emal təcrübələri, biznesin idarə edilməsi, marketinq və ixracata dair texniki dəstək göstərir. Layihə kənd təsərrüfatına investisiyalar vasitəsilə Azərbaycan hökumətinin qeyri-neft iqtisadiyyatının genişləndirilməsi və şaxələndirilməsi səylərinə dəstək göstərir.
Related Press Releases
- USAID 3,500 ehtiyacı olan ailəyə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq və gigiyena məhsullarının çatdırılmasını dəstəkləyir
- ABŞ Azərbaycanda COVID-19 pandemiyasının iqtisadi təsirlərinə cavab vermək üçün əlavə 1,47 milyon dollar səfərbər etmişdir
- Ağ Ev “Qadınların Qlobal İnkişafı və Rifahı Naminə” Fondundan Azərbaycana 2 Milyon ABŞ Dolları Dəyərində Maliyyə Vəsaiti Ayrıldığını Elan Edir
Comment
Make a general inquiry or suggest an improvement.