USAID - Azərbaycan Əməkdaşlığı Çərçivəsində Altı Yem Emalı Məntəqəsi İstifadəyə Verilib

Press Release Shim

Speeches Shim

USAID - Azərbaycan Əməkdaşlığı Çərçivəsində Altı Yem Emalı Məntəqəsi İstifadəyə Verilib
Yeni yem emalı məntəqələri əsas məşğuliyyəti kənd təsərrüfatı olan 27,000 insanın yaşadığı ətraf kəndlərə xidmət edəcək.
Vüqar Nağıyev/USAID

For Immediate Release

Şənbə, 16 Mart, 2019
USAID/Azerbaijan
(+99412) 498-18-35

 

BAKI – Quba, Qazax, Bərdə və Tərtər sakinləri ətraf ərazilərdə yaşayan fermerlərə xidmət göstərəcək altı yem emalı və toxum təmizləmə məntəqələrinin inşasına öz vaxt və vəsaitlərini töhfə veriblər. Həmin məntəqələr ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində tikilib. 

Qubadakı üç yeni məntəqə habelə Qazax, Bərdə və Tərtərdəki üç məntəqə yerli fermerlərə özlərinin mal-qara və quş təsərrüfatları üçün münasib qiymətə yem və müxtəlif bitkilər üçün təmiz toxum əldə etməyə imkan yaradacaq. Kənd sakinləri yonca, taxıl və arpanı yemə çevirmək  və toxumları almaq üçün rayon mərkəzinə uzun məsafə gət etməli olmayacaqlar. Həmin məntəqələr əsas məşğuliyyəti kənd təsərrüfatı olan 27,000 insanın yaşadığı ətraf kəndlərə xidmət edəcək.

Həmin layihələr USAID, Azərbaycanın hökuməti və yerli icmalar arasında öz həyat səviyyələrini yaxşılaşdırmağa yönəlik səylərinə dəstək göstərmək məqsədi daşıyan əməkdaşlıq çərçivəsində həyata keçirilib. USAID-in SEDA adlı layihəsi İqtisadiyyat nazirliyinin dəstəyi ilə Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunur. 2011-ci ildən SEDA layihəsində iştirak edən icmalar 107 kənddə 220.000-ə yaxın insanın faydalana biləcəyi 134 layihənin həyata keçirilməsinə töhfə veriblər. Bu layihələr sırasında yerli iqtisadiyyatı dəstəkləyən fəaliyyətlər, tibb məntəqələri, yol, su və suvarma sistemləri və məktəblərin təmiri olub.